“Nar” operatoru “Hədiyyə yağışı” lotereyasına başlayıb

“Nar” operatoru “Hədiyyə yağışı” lotereyasına başlayıb
00:43 15 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
“Nar” mobil operatoru “Hədiyyə yağışı” lotereyasına başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni kampaniyanın qaydalarına əsasən, öz balansını ən az 3 manat dəyərində artırmış abunəçilər heç bir əlavə ödəniş etmədən avtomatik olaraq lotereya iştirakçılarına çevrilir və hər həftə “iPhone 6” smartfonu qazanmaq fürsəti əldə edirlər. Bundan əlavə, balansını ən az 5 manat dəyərində artırmış abunəçilər 2016-cı ilin mart ayında oynanılacaq lotereyada 15 min manat məbləğində pul mükafatını qazana bilərlər.
Qeyd edək ki, abunəçilər hesab.az portalında qeydiyyatdan keçərək, balanslarını bu resurs vasitəsilə də artıra bilir və portaldan qazandıqları əlavə bonus xalların müqabilində hədiyyələr qazanırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nar_operatoru_Hediyye_yagisi_lotereyasina_baslayib-911251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR