Ötən ay bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb

Ötən ay bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb
01:28 15 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Bu ilin noyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb. Heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb. Birillik bitkilərdən xiyar, pomidor, quru ot, soğan, kartof, ağ turp və sarımsağın istehsalçı qiymətlərində bahalaşma, kələm, balqabaq və yerkökünün istehsalçı qiymətlərində isə ucuzlaşma qeydə alınıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində çoxillik bitkilərdən əzgil, xurma, heyva və narın istehsalçı qiymətləri ucuzlaşıb, fındıq və qozun istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_ay_bitkichilik_mehsullarinin_istehsalchi_qiymetleri_37_faiz_bahalasib-911252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR