Bakıda 27 yaşlı gənc özünə bıçaqla xəsarət yetirdi

Bakıda 27 yaşlı gənc özünə bıçaqla xəsarət yetirdi
02:06 15 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozunda bıçaqlanma hadisəsi baş verib.

12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 1989-cu il təvəllüdlü Orucov Əli saat 19:50 radələrində ailə məişət zəminində özünə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib.

Həmin şəxsin yaxınlarının polisə verdiyi məlumata görə, Əli Orucov 2007-ci ildə ruhi əsəb dispanserində qeydiyyatda olub.

O, aldığı xəsarətlər nəticəsində 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə qarnının və iç divarının deşilmiş, kəsilmiş diaqnozu ilə əməliyyat edilərək palataya yerləşdirilib. Hal-hazırda vəziyyəti orta qiymətləndirilir.

Həmçinin bu gün günün digər intihar hadisəsi Ağdaşda qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR