"Lester" "Çelsi"ni udub, liderliyini qorudu (Video icmal)

İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Turun qapanış matçında "Lester" "Çelsi"ni qəbul edib. 34-cü dəqiqədə Ceymi Vardi ev sahiblərini hesabda önə keçirib. İkinci hissə başlar-başlamaz "Çelsi" müdafiəsinin səhvindən istifadə edib, epizod yaradan Riyad Mahrez fərqi artırıb. "Zadəganlar" Loik Reminin qolu sayəsində fərqi azaltsa da, bundan artığına gücləri çatmayıb. 2:1 hesabı ilə qalib gələn "Lester" liderliyini qoruyub. Aktivində 15 xalı olan "Çelsi" isə liqada qalmaq uğrunda mübarizə aparan "Norviç"dən cəmi 1 xal çox toplayıb.

"Lester" - "Çelsi" - 2:1

Qollar: Vardi, 34, Mahrez, 48 - Remi, 77

Oyunun video icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR