"Qalatasaray"da ciddi itki

"Qalatasaray"da ciddi itki
03:49 15 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə superliqasının 15-ci turunda "Beşiktaş"la qarşılaşan "Qalatasaray" ciddi itki ilə üzləşib.

 

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Burak Yılmaz zədələnərək sıradan çıxıb.

 

Əzələsini dartan Yılmaz oyunu davam etdirə bilməyib. Matçın 37-ci dəqiqəsində əvəzlənən 30 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

 

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR