Braziliya təyyarəsi üçün partlayış təhlükəsi

04:19 15 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın TAM aviaşirkətinə məxsus sərnişin təyyarəsi İspaniya paytaxtının hava limanına təcili eniş edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb təyyarənin göyərtəsində bomba olması barədə xəbərin yayılması olub.

 

Madrid- San Paulu marşrutu ilə uçan hava gəmisinin göyərtəsində olan sərnişinlərin sayı barədə məlumat verilmir.  Bomba ilə bağlı məlumat təyyarə Mərakeşin hava məkanında olarkən daxil olub. Hazırda təyyarədə bombanın olub-olmaması yoxlanılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR