İlk derbidən Dənizli məğlub ayrıldı (FOTO)

İlk derbidən Dənizli məğlub ayrıldı (FOTO)
04:21 15 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

İstanbul derbisiylə Türkiyə Super Liqasında XV tura yekun vuruldu.

ANS PRESS-in məlumatına görə, turun son oyununda "Beşiktaş" "Qalatasaray"ı qəbul edərək əzmkar qələbə qazanıb.

Birinci hissə qolsuz bərabərliklə başa çatsada ikinci hissə marağlı və gərgin oyun gedib. Qollar oyunun başa çatmasına yarım saat qalmış vurulub. Hesabı 54-cü dəqiqədə "Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyder açıb. 2 dəqiqə sonra "Beşiktaş"ın almaniyalı hücümçusu Mario Qomes bərabərliyi təmin edib. 74-cü dəqiqədə isə Gökhan Töre "Beşiktaş"a qələbə gətirən qola imza atıb.



Bununlada "Qalatasaray"ın yeni baş məşqçisi Mustafa Dənizli ilk derbisindən məğlub ayrılıb. Bu məğlubiyyət çempionluğ yolunda "Qalatasaray"a böyük zərbə olub. Hazırda turnir cədvəlinə 35 xalla "Beşiktaş" başçılıq edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR