Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya "kabusa" doğru - qırmızı xəttə az qaldı

Rusiya "kabusa" doğru - qırmızı xəttə az qaldı

Date: 15 December 2015 04:46

Dünya bazarlarında neftin qiymətinin 37 dollardan da aşağı düşməsi daha çox Rusiyanı narahat etməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, neftin qiymətində hər 10 dollarlıq ucuzlaşma Rusiyanın valyuta gəlirlərini 20 milyard dollar azaldır. 2014-cü ildə Rus rublu dollar qarşısında 42% dəyər itirmişdi.

Neftin qiymətində Rusiya üçün qırmızı xətt 35 dollar hesab edilir. Mütəxəssislər hesab edir ki, əgər neft 35 dollardan aşağı düşsə, Rusiyada ciddi iqtisadi böhran yaşanacaq.

İstehsal etdiyi neftin yarıdan çoxunu ixrac edən Rusiya üçün neftin qiymətinin 30 dollardan aşağı düşməsi isə əsl "kabus" kimi dəyərləndirilir.


OPEK-ə üzv ölkələr

Neftin qiyməti həftə ərzində növbəti dəfə düşərək 11 ildə ən ucuz qiymətə bərabər olub. Brent markalı xam neftin bir barelinin qiyməti 36.40 dollara düşüb.

Neft İxrac Edən Ölkələr ayın əvvəllində keçirilən iclası zamanı hasilat tavanına sadiq qalmayacaqlarını ifadə etmişdilər. Açıqlamadan sonra hasilatın çoxalması neftin qiymətlərinə də təsir etməyə başlayıb. Artıq bir həftədir ki, qiymətlə azalan qrafik üzrə hərəkət edir.

Ekspertlər OPEK üzvlərinin ABŞ-a məxsus bahacıl istehlaçıları bazardan çıxarmaq məqsədi ilə belə bir siyasət təqib etdiyini bildiriblər.

Amerikanın İrana qarşı sanksiyaları ləğv olunduqdan sonra İran da neft hasilatını artırmacağını bəyan edib.

Tags:  Rusiya kabusa doğru qırmızı xəttə az qaldı


RƏYLƏR


Top news