Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

C.Lourensin yeni filminin premyerası keçirilib (VİDEO)

C.Lourensin yeni filminin premyerası keçirilib (VİDEO)

Date: 15 December 2015 05:16

“Qızıl Qlobus” kino mükafatına layiq olan və Cennifer Lourensin baş rolda oynadiği “Coy” filminin təqdimati baş tutub.

ANS TV-nin məlumatına görə, Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində maraqla gözlənilən filmlərdən birinin premyerası baş tutub.

Söhbət gələn il “Qızıl Qlobus” kino mükafatına namizədlərdən biri olan “Coy” filmindən gedir.

Premyeraya gələnlər arasında filmdə rol alan məşhur Hollivud aktrisası Cennifer Lourens də olub.

O, filmdə güclü qadın obrazı yarada bildiyini və buna görə filmin rejissoruna minnətdar olduğunu deyir:

“Möhtəşəm film idi. Heç kim bunu rejissorumuz Deviddən daha yaxşı bacarmazdı. O, qadınları sevir və qadın xarakterlərini çox dərindən başa düşür. Bu cür xüsusi bir obrazı ekranlara daşımağı ancaq o, bacarardı”.

Premyerada məşhur aktyorlar Bredli Kuper və Robert De Niro da iştirak edib.


Tags:  CLourensin yeni filminin premyerası keçirilib VİDEO

RƏYLƏR


Top news