Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Məşhur şirkət rəqibini satın alır

Məşhur şirkət rəqibini satın alır

Tarix: 15 Dekabr 2015 06:06

Amerikanın məişət avadanlıqları istehsalçısı Newell Rubbermaid (Nyuel Rabermeyd) ən böyük rəqibi Jardeni (Carden) satın alacağını bildirib.

ANS PRESS-in məlumatına görə, Nyuel Rabermeyd qarşı tərəfə sövdələşmə üçün başlanğıc olaraq 15.4 milyard dollar təklif edib.

Ekspertlər sövdələşmə baş tutacağı təqdirdə birgə fəaliyyətin illik olaraq 16 milyard dollar gəlir gətirəcəyini proqnozlaşdırıblar. Nyuel Rabermeydin baş direktoru Maykl Polk konsernin sövdələşmədən sonra yeni dəyər qazanacağını bildirib.

Nyuel Rabermeyd brend qələmləri və mətbəx əşyaları istehsal edir. Şirkətin Şarpi markerləri, Parker və Uotermən qələmləri məşhurdur.

Teqlər:  Məşhur şirkət rəqibini satın alır



RƏYLƏR


Top xəbərlər