34 islam ölkəsi İŞİD-ə qarşı birləşdi (SİYAHI)

34 islam ölkəsi İŞİD-ə qarşı birləşdi (SİYAHI)
06:56 15 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda 34 İslam ölkəsinin terrorizmə qarşı koalisiyası yaradılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Səudiyyənin SPA xəbər aganetliyi məlumat yayıb.

Koalisiyaya qatılan ölkələrin ortaq açıqlamasında bildirilir ki, koalisiya yer üzündə fitnə və fəsad yaradan, insanları qorxudan və öldürən silahlı terrorçu qruplaşmalara qarşı yaradılıb.

Koalisyaya qoşulan ölkələr aşağıdakılardır:

"Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən".

Açıqlamada o da qeyd olunur ki, İndoneziya da daxil olmaqla daha 10 ölkənin koalisiyanı dəstəkləyir.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə qarşı mübarizə aparır. Koalisiyaya üzv ölkələrin Hərbi Hava Qüvvələrinin qırıcıları İŞİD terrorçularını bombardman edir.

Rusiya prezidenti Vladimir Putin də İŞİD terrorçu qruplaşmasına qarşı yeni koalisiya yaradılmasını təklif edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR