Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çörəklə bişirilmiş toyuq

Çörəklə bişirilmiş toyuq

Date: 15 December 2015 07:05

Milli.Az çörəklə bişirilmiş toyuğun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 toyuq 
400 q buğda çörəyi 
250 q baş soğan 
2 diş sarımsaq 
100 q qara zeytun (yaxud zoğal)
4 x.q. zeytun yağı
1 x.q. kəklikotu qurusu
duz
qara istiot 

Həvəngdəstədə sarımsaq, duz və dənəvər istiotu döyün. 3 x.q. zeytun yağı əlavə edin. 
Baş soğanı halqa doğrayın (nə qədər çox olsa, bir o qədər dadlı olacaq). 

Toyuğun ətini sümüyündən ayırın. (Ayrıca toyuq hissələri - bud, yaxud qanad da olar. Tək toyuq döşü isə quru alınır). Əti bir qaba yığıb kəklikotu və sarımsaqlı marinad qataraq qarışdırın, soğanı əlavə edib bir daha qarışdırın. 30 dəqiqə saxlayın. 

Çörəyi kubik doğrayın (çox xırda olmasın). 

Sinini zeytun yağıyla yağlayın. Çörək kubiklərini düzün. Toyuq ətini üzərinə düzün (amma soğansız), marinadı üstünə gəzdirin. 

200 dərəcə qızdırılmıq sobada 20 dəqiqə bişirin. Çıxarıb soğanı toyuğun üzərinə düzün. Daha 15 dəqiqə bişirin. Qara zeytun düzüb süfrəyə isti-isti verin.

Nuş olsun! 

Milli.Az 


Tags:  Çörəklə bişirilmiş toyuq

RƏYLƏR


Top news