Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saakaşvili: "Baş nazirin və daxili işlər nazirinin təxribatçı, şərəfsiz hərəkətlərini yayımlamağa tələb edirəm"

Saakaşvili: "Baş nazirin və daxili işlər nazirinin təxribatçı, şərəfsiz hərəkətlərini yayımlamağa tələb edirəm"

Date: 15 December 2015 07:32

Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti administrasiyasından Milli İslahat Şurasının iclasının videoyazısını tam şəkildə yayımlamağı tələb edib.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə M.Saakaşvili özünün "Feysbuk" səhifəsində yazıb.
 
"Mən qəti surətdə Prezident administrasiyasının mətbuat xidmətindən bu gün Milli İslahat Şurasının iclasında ölkənin baş naziri və daxili işlər nazirinin təxribatçı, şərəfsiz hərəkətlərini yayımlamağa tələb edirəm. Çəkiliş üç kamera vasitəsilə aparılıb. Ukrayna xalqı bilməlidir kimlər ona rəhbərlik edir. Mən iclasda dediyim hər bir sözə görə cavab verməyə hazıram", Saakaşvili yazıb.
 
Bundan əvvəl Ukraynanın daxili işlər naziri Avakov özünün "Feysbuk" səhifəsində Milli İslahat Şurasının iclasında Saakaşvili ilə mübahisə etdiyini və onun üzünə su atdığını bildirib. Ukrayna Ali Radasının deputatı Sergey Leşşenkonun bildirdiyinə görə, baş nazir Arseni Yatsenyuk Saakaşvilini "qastrolçu" adlandırıb, onu Ukraynadan "rədd olmağa" çağırıb: "Saakaşvili cavab olaraq deyib ki, o, Ukrayna vətəndaşıdır və Yatsenyukdan fərqli olaraq ölkəsini talamayıb. Bütün bunlar prezidentin də iştirak etdiyi iclasda baş verib. Poroşenko əvvəl tərəfləri sakitləşdirməyə çalışıb, sonra isə iclası bağlı elan edib".

Milli.Az


Tags:  Saakaşvili Baş nazirin daxili işlər nazirinin təxribatçı şərəfsiz hərəkətlərini yayımlamağa tələb edirəm

RƏYLƏR


Top news