Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda yük avtomobili aşıb, sürücü yaralanıb - FOTO

Bakıda yük avtomobili aşıb, sürücü yaralanıb - FOTO

Tovuzda avtomobil aşıb (21 Mart 2017 14:17)
Sərnişin avtobusu aşdı, 55 nəfər yaralandı - VİDEO (20 Mart 2017 07:53)
Bakıda marketə daxil olan şəxsin avtomobili oğurlandı (14 Mart 2017 14:12)

Tarix: 15 Dekabr 2015 07:37

Bakının Binəqədi rayonu ərazisində "Shacman" markalı yük maşını aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsinin Rəşid İsmayılov küçəsində baş verib.
 
Yük avtomobilinin sürücüsü Kənan Süleymanlı idarəetməni itirib və maşını aşırıb. Sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
 
Yanğınsöndürənlər və xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar və təcili tibbi yardım briqadasına təhvil veriblər. Yaralı sürücü xəstəxanaya çatdırılıb.

Milli.Az






Teqlər:  Bakıda yük avtomobili aşıb sürücü yaralanıb FOTO



RƏYLƏR


Top xəbərlər