Parisdə Suriya müxalifətini dəstəkləyən ölkələrin görüşü keçirilir

Parisdə Suriya müxalifətini dəstəkləyən ölkələrin görüşü keçirilir
07:47 15 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 14-də Fransanın paytaxtında Suriya müxalifətini dəstəkləyən ölkələrin görüşü başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa XİN-in məlumatında bildirilir.
 
Görüşdə 9 ölkənin nümayəndələri iştirak edir. Danışıqların əsas məqsədi dekabrın 18-də Rusiya və İranın iştirakı ilə Nyu-Yorkda keçiriləcək "Suriyaya dəstək qrupu"nun görüşünə hazırlıqdır.
 
Fransa XİN-in məlumatına əsasən, Fransa xarici işlər naziri Loran Fabius Parisdə ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Türkiyə xarici işlər idarələri rəhbərləri ilə görüşüb.
 
ABŞ-ın dövlət katibi Con Kerri isə Qətər və İordaniyanın XİN rəhbərləri ilə danışıqlar aparıb. Hələlik danışıqların detalları barədə məlumat verilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR