Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sarıkökün faydaları

Sarıkökün faydaları

Date: 15 December 2015 08:12

Sarıkökün çox güclü antibakterial və antiseptik xüsusiyyətləri var. Öskürək və bronxit zamanı 1 stəkan isti südə 1/2 çay qaşığı sarıkök əlavə edin, yaxşı qarışdırın və gün ərzində qəbul edin.

Milli.Az musavat.com-a istinadən bildirir ki, sarıkök mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Bundan əlavə, sarıkök mədə-bağırsaq sistemindəkin iltihabla mübarizə aparır. Sarıkök köpdən əziyyət çəkən insanlara da yaxşı kömək edə bilər. Sarıkök güclü ödqovucudur. Bu səbəbdən öd daşı xəstəliyi olan insanlara bu ədviyyatdan süi-istifadə etməməlidir. Sarıkök qaraciyər üçün də çox xeyirlidir - qaraciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir. Sarıkök orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir, qanda şəkərin səviyyəsini normada saxlamağa kömək edir. Həmçinin qanı təmizləyir, onun tərkibini yaxşılaşdırır. Anemiyadan əziyyət çəkən insanlar balla sarıkökün dəmləməsindən istifadə edə bilər. 

Sübut olunub ki, sarıkök beyinin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır. Artrit zamanı da çox effektli müalicəvi təsir edir. Müxtəlif xəstəliklərin və pozulmların profilaktikası üçün qidalara və şirniyyatlara tez-tez sarıkök əlavə edin.

Milli.Az


Tags:  Sarıkökün faydaları

RƏYLƏR


Top news