Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizlik səbəblərinə görə fəaliyyətini məhdudlaşdırır

ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizlik səbəblərinə görə fəaliyyətini məhdudlaşdırır

Date: 15 December 2015 08:12

ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizliyə qeyri-məyyən hədələrlə əlaqədar olaraq fəaliyyətinin məhdudlaşdırıldığını bildirib.

Milli.Az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, bazar ertəsi yaydığı bəyanatda ABŞ-ın Ankaradakı səfirliyi viza müraciətləri ilə bağlı qəbullar da daxil olmaqla, ictimai xidmətlərin bazar ertəsi və çərşənbə axşamı təxirə salındığını və başqa vaxtlara təyin olunacağını bildirib.

Səfirlik ABŞ vətəndaşlarını bu günlər səfirlik binasına gəlməməyə çağırıb.

ABŞ səfirliyi bildirib ki, təhlükəsizliklə bağlı vəziyyət dəyişdikdə səfirliyin iş cədvəli də dəyişə bilər.

Keçən həftə ABŞ-ın İstanbuldakı konsulluğu İslam Dövləti qrupunun mümkün hücumu ilə bağlı kəşfiyyat məlumatlarından sonra xəbərdarlıq vermişdi.

Milli.Az


Tags:  ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizlik səbəblərinə fəaliyyətini məhdudlaşdırır

RƏYLƏR


Top news