Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtdən insanlara insanlıq dərsi - FOTO

İtdən insanlara insanlıq dərsi - FOTO

Date: 15 December 2015 08:17

Bu hadisə Brazilyanın San-Paulu ştatının Kampinas şəhərində baş verib. Hadisə insanlarda ikili hiss yaradıb: bir ananın ovladına qarşı belə qəddar və zalim olması, itin bu qədər düşüncəli və ağıllı olması.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, it zibillikdən yeni doğulmuş və atılmış körpə tapıb və onu yaxınlıqdakı evlərdən birinə aparıb. Uşağın göbək hissəsinin kəsilməməsi və hələ də qurumaması körpənin yeni doğulduğunu göstərib. 

Ev sahibəsi körpəni itin ağzında görərək qorxsa da, aidiyyatı orqanlara zəng vuraraq məlumat verib. Məlumat nəticəsində aidiyyatı qurumlar usağı dərhal xəstəxanaya yerləşdiriblər. 

Xəstəxana müayinəsindən sonra körpənin sağlamlığı üçün hər hansı bir problemin olmadığı məlum olub. 

Hal-hazırda şəhər polisi usağın valideyinlərini axtarır. Şəhər sakinləri itə Anjela adı veriblər. İtin bu hərəkətinə şəhər sakinləri belə deyir: "Anjella adına layiq olaraq "angel"lik, yəni mələklik etdi. 

Bu hadisədən sonra itə sahiblik etmək istəyən ailələrin sayı artıb. Qonşuların hər gün ona yemək verməsinə baxmayaraq, o yenə də zibillikdə həmişə nəsə axtarır. Kim bilir bəlkə də yenə kiminsə həyatını xilas etmək istəyir...

Milli.Az







Tags:  İtdən insanlara insanlıq dərsi FOTO

RƏYLƏR


Top news