Azərbaycana açılan qazanc qapısı - VİDEO

Azərbaycana açılan qazanc qapısı - VİDEO
08:22 15 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin kəskin şəkildə aşığı düşməsi və regionda baş verən ictimai-siyasi proseslər dünyaya yeni bir düzən gətirir. Və dövlətlər öz siyasətlərinə yendən baxmalıdır, o cümlədən Azərbaycan da. Bununla bağlı cənab prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməlidir. 

Qeyri-neft sektoru dedikdə, bura sənaye daxil kənd təsərrüfatı və tarnzit yük daşımalar kimi bütü sahələri əhatə edir. Milli.Az anspress-ə istinadən bildirir ki, TRASEKA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev "Nəzər Nöqtəsi"ndə Azərbaycanın tranzit ölkəyə cevrilməsi prespektivləri ilə bağlı bir çox mətləblərə aydınlıq gətirib.

- Rusiya-Türkiyə arasında münasibətlər gərginləşəndən sonra hazırda Türkiyəyə məxsus yüklər Azərbaycan vasitəsilə ünvana çatdırılır. Azərbaycan hətta yüklərin daşınmasına görə Türkiyəyə 40 faiz güzəş etdi. Bundan siyasi deyil, məhz maddi baxımından Azərbaycanın qazancı nədir? 

- Təbii ki, burda siyasi qazanc da var, amma biz əsasən iqtisadi qazancı önə cəkməliyik. Buradan - Azərbaycadan keçən yalnız Türkiyəyə məxsusu tırlar deyil. Burada həm də başqa dövlətlərin də tırları keçir. Belə ki, məhz onlar da Türkiyə istehsalı malları daşıdıqları üçün Rusiya öz ölkəsinə burxmayıb. Nəticədə, Azərbaycan üzərindən həyata keçirilən yükdaşımalarda 4 dəfə artım qeydə alınıb. Məhz bu tranzit keçidlərdən həm gömrük, həm də sərhəd məntəqlərində Azərbaycan qanunvericiliyənə uyğun olaraq - yol vergisi, izin, daşıma və tranzit haqqları alınır və bütün bunlara Azərbaycan gəlir gətirir.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR