Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çox gülən çox yaşayar

Çox gülən çox yaşayar

Date: 15 December 2015 08:22

ABŞ-ın Miçiqan ştatının Ueyn Universitetinin alimləri maraqlı bir fakt aşkar ediblər. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, araşdırmalar nəticəsində məlum olub ki, şən və təbəssümlü insanlar daha çox yaşayırlar. Hesablamalar göstərmişdir ki, təbəssüm insan ömrünü orta hesabla 7 ilədək uzadır. Alimlər bu fenomenin nə ilə bağlı olduğuna hələlik cavab tapmayıblar. Lakin hesab olunur ki, təbəssüm insanın daxili harmoniyasını, nikbinliyini və həyata nikbin münasibətini əks etdirir. 

Odur ki, çalışın daha çox gülümsəyin və həyatda heç nəyin sizi üzməsinə izin verməyin.

Milli.Az


Tags:  Çox gülən çox yaşayar

RƏYLƏR


Top news