BMT FIFA-nin fəaliyyətini araşdıracaq

BMT FIFA-nin fəaliyyətini araşdıracaq
08:27 15 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

BMT Beynəlxalq Futbol Federasiyasının (FIFA) fəaliyyətini insan hüquqlarının təminatı baxımından araşdıracaq.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, müstəqil yoxlama missiyası BMT-nin Baş katibinin xüsusi nümayəndəsi Con Raqqiyə həvalə olunub.
Yoxlamanın nəticələri 2016-cı ilin mart ayında ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, bu il mayın 27-də Sürixdə FİFA-nın bir sıra yüksək vəzifəli şəxsləri həbs edilib. Onlar ümumilikdə 10 milyard dollardan çox rüşvət almaqda şübhəli bilinirlər. Korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı hallanıb.
ABŞ-ın sorğusuna əsasən FİFA-nın korrupsiya qalmaqalı ilə bağlı 6 nəfəri beynəlxalq axtarışa - İnterpola verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR