Bakıda 27 yaşlı gənc özünə bıçaqla xəsarət yetirdi

Bakıda 27 yaşlı gənc özünə bıçaqla xəsarət yetirdi
08:27 15 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az bildirir ki, 12-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, 1989-cu il təvəllüdlü Orucov Əli saat 19:50 radələrində ailə məişət zəminində özünə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib.

Həmin şəxsin yaxınlarının polisə verdiyi məlumata görə, Əli Orucov 2007-ci ildə ruhi əsəb dispanserində qeydiyyatda olub.

O, aldığı xəsarətlər nəticəsində 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə qarnının və iç divarının deşilmiş, kəsilmiş diaqnozu ilə əməliyyat edilərək palataya yerləşdirilib. Hal-hazırda vəziyyəti orta qiymətləndirilir.

Həmçinin bu gün günün digər intihar hadisəsi Ağdaşda qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/390294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR