Azərbaycan da qırmızı xətti keçdi

Azərbaycan da qırmızı xətti keçdi
08:32 15 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiyməti həftə ərzində növbəti dəfə düşərək 11 ildə ən ucuz qiymətə bərabər olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 36.40 dollara düşüb.

Neft İxrac Edən Ölkələr ayın əvvəllində keçirilən iclası zamanı hasilat tavanına sadiq qalmayacaqlarını ifadə etmişdilər. Açıqlamadan sonra hasilatın çoxalması neftin qiymətlərinə də təsir etməyə başlayıb. Artıq bir həftədir ki, qiymətlə azalan qrafik üzrə hərəkət edir.

Ekspertlər OPEK üzvlərinin ABŞ-a məxsus bahacıl istehlaçıları bazardan çıxarmaq məqsədi ilə belə bir siyasət təqib etdiyini bildiriblər.

ABŞ-ın İrana qarşı sanksiyaları ləğv olunduqdan sonra İran da neft hasilatını artırmacağını bəyan edib.

Bu dəqiqəyə olan məlumata görə, isə Brent markalı neftin bareli 37,78 dollardır.

Dünən günorta saatlarında Brent markalı neftlə yanaşı "Texas" (WTI) markalı neft də kəskin şəkildə ucuzlaşaraq 35 dollara satılırdı. İndiyə olan məlumara görə, "Texas" (WTI) markalı neft 36,26 dollara satılır.

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 1,52 dollar ucuzlaşaraq 38,90 dollar təşkil edib. Azərbaycan üçün neftin qiymətində qırmızı xətt 40 dollar hesab edilir.

Neftin ucuzlaşması fonunda əmtəə birjalarında da ucuzlaşma müşahidə edilir. Qızılın qiyməti 1 qram üçün 34.25 dollar, gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Azərbaycan manatının məzənnəsində də dəyişiklik olub. Belə ki, dollar ucuzlaşıb, avro isə yenidən bahalaşıb. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0494 AZN təşkil edib. 1 avro isə bahalaşaraq 1.1501 AZN-ə dəyişdirilir. Rusiya və Türkiyə valyutasında cüzi enmə müşahidə olunub. 1 rubl 0.0149 AZN, 1 Türk lirəsi isə 0,3537 AZN olaraq müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir: 

1 ABŞ dolları - 1.0494 AZN
1 Euro - 1.1501 AZN 
1 rus rublu - 0.0149 AZN
1 türk lirəsi - 0,3537 AZN

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/390297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR