Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur şirkət rəqibini satın alır

Məşhur şirkət rəqibini satın alır

Date: 15 December 2015 08:32

Amerikanın məişət avadanlıqları istehsalçısı Newell Rubbermaid (Nyuel Rabermeyd) ən böyük rəqibi Jardeni (Carden) satın alacağını bildirib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Nyuel Rabermeyd qarşı tərəfə sövdələşmə üçün başlanğıc olaraq 15.4 milyard dollar təklif edib.

Ekspertlər sövdələşmə baş tutacağı təqdirdə birgə fəaliyyətin illik olaraq 16 milyard dollar gəlir gətirəcəyini proqnozlaşdırıblar. Nyuel Rabermeydin baş direktoru Maykl Polk konsernin sövdələşmədən sonra yeni dəyər qazanacağını bildirib.

Nyuel Rabermeyd brend qələmləri və mətbəx əşyaları istehsal edir. Şirkətin Şarpi markerləri, Parker və Uotermən qələmləri məşhurdur.

Milli.Az


Tags:  Məşhur şirkət rəqibini satın alır

RƏYLƏR


Top news