Rusiya Türkiyəyə icazə verdi

Rusiya Türkiyəyə icazə verdi
08:46 15 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədən idxal edilən avtomobil detallarının Rusiya gömrük məntəqəsindən keçirilməsinə icazə verilib.

ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl siyasi səbəblərə görə Sankt-Peterburqda istehsal olunan "Toyota" markasının detallarının Türkiyədən alınmasına qadağa qoyulmuşdu.

Bundan sonra istehsalda yaranan durğunluq şirkətə zərər verdiyinə görə, Türkiyədən detalların idxalına icazə verilib. Bu haqda Sankt-Peterburq Sənaye Siyasətlər Komitəsinin rəhbəri Maksim Meik açıqlama verib.



Onun sözlərinə görə, Sankt-Peterburqda fəaliyyət göstərən Toyota firması üçün 11, Bosch-Siemens firması üçün isə 2 konteyner gömrükdən keçib, digər konteynerlər isə gömrük yoxlama mərkəzindədir..

Meik keçən həftə Türkiyədən idxal edilən detalların gömrük yoxlama mərkəzində gözlədildiyinə görə, Sankt-Peterburqdakı avtomobil istehsalının dayana biləcəyini qeyd edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR