Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaponiyanın Baş naziri məhkəmənin qərarına baxmayaraq parlamenti buraxmayacaq

Yaponiyanın Baş naziri məhkəmənin qərarına baxmayaraq parlamenti buraxmayacaq

Date: 15 December 2015 08:53


Tokio, 15 dekabr, AZƏRTAC 
Yaponiyanın Baş naziri Şinzo Abe bildirib ki, məhkəmənin son seçkilərin ölkə konstutisiyasının tələblərinə uyğun keçirilmədiyi barədə qərarına baxmayaraq parlamentin aşağı palatasını buraxmayacaq.
Kyodo agentliyinin yaydığı məlumata görə, Tokioda mühazirə ilə çıxış edən Ş.Abe deyib: “Ümumiyyətlə götürsək, parlamentin buraxılması mümkündür. Lakin indiki vaxtda mən bu barədə düşünmürəm”.
Yaponiyanın Ali Məhkəməsi ötən ilin dekabrında parlamentin aşağı palatasına keçirilmiş səsverməni bir müddət bundan əvvəl “konstitusiyaya qeyri-uyğun” hesab etsə də, seçkilərin nəticəsini ləğv etməmişdi.
Baş nazir deyib ki, məhkəmənin qərarına “tam ciddiyyəti ilə” yanaşır.
Məsələ burasındadır ki, ölkədə əhalinin sıxlığı müxtəlif olduğuna görə bəzi seçki məntəqələrində qalib gəlmək üçün səslərin fərqi 1-2,13 nisbətində olub. Beləliklə, əhalinin daha sıx yaşadığı seçki dairələrində namizədlər deputat mandatı almaq üçün əhalinin daha az yaşadığı dairələrdən daha çox səs toplamaq məcburiyyətində qalıblar. Nəticədə Baş nazirin növbədənkənar seçkilər elan edəcəyi və parlamentin hər iki palatasına seçkilərin eyni vaxtda, 2016-cı ilin yayında keçiriləcəyi barədə şaiələr yayılıb. Gələn ilin yayında Yaponiya parlamentinin yuxarı palatasındakı 242 yerin yarısı üçün seçkilər keçiriləcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Tags:  Yaponiyanın Baş naziri məhkəmənin qərarına baxmayaraq parlamenti buraxmayacaq


RƏYLƏR


Top news