"Rəvan"ın "zirzəmi"dən qurtulmaq, "İnter"in "Qəbələ"yə çatmaq şansı

"Rəvan"ın "zirzəmi"dən qurtulmaq, "İnter"in "Qəbələ"yə çatmaq şansı
09:22 15 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun açılış matçında autsayder "Rəvan"la liderlər qrupunda qərarlaşan "İnter" üz-üzə gələcək.
 
Bəhmən Həsənovun gəlişindən sonra yüksəlişdə olan "Rəvan" meydana uğurlu seriyanı davam etdirmək üçün çıxacaq. Son 5 çempionat matçında məğlub olmayan paytaxt klubu bu gün qələbə qazanarsa, ən azı iki günlük turnir cədvəlinin sonuncu pilləsindən qurtulacaq.
 
Son 3 qarşılaşmada cəmi 1 xal qazanan "İnter" isə bu uğursuzluğa son qoymağa çalışacaq. Bu turda "Qəbələ" ilə "Zirə"nin qarşılaşacağını nəzərə alsaq, qələbə təqdirində "bankirlər" bir pillə irəliləyəcəklər.
 
 
Topaz Premyer Liqası
XVII tur
 
15 dekabr
20:30. "Rəvan" - "İnter"

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, İsgəndər Əliyev, Xəlil Xəlilov
"Bayıl Arena"
I dövrədəki oyun - 0:2
 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

11

3

2

25-9

36

2

Qəbələ 

16

7

6

3

23-11

27

3

Zirə 

16

6

8

2

15-12

26

4

İnter    

16

6

6

4

14-12

24

5

Neftçi   

16

6

5

5

18-16

23

6

Kəpəz  

16

5

7

4

17-16

22

7

AZAL   

16

4

4

8

9-17

16

8

Sumqayıt

16

3

7

6

18-23

16

9

Xəzər L.

16

3

3

10

10-21

12

10

Rəvan 

16

2

5

9

9-21

11

Bombardirlər: Aleksey Antonov ("Qəbələ"), Riçard Almeyda ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi") - 6 qol.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR