MTN niyə ləğv olundu? SƏBƏBLƏR

MTN niyə ləğv olundu? SƏBƏBLƏR
09:37 15 Dekabr 2015
220 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev dünən fərman imzalayaraq Milli Təhlükəsizlik Nazirliyini ləğv etdi, bu nazirliyin yerində iki yeni struktur - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərini yaratdı.

Son vaxtlar milli təhlükəsizlik naziri səlahiyyətlərini icra edən Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinə, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinə rəis təyin olunublar.
MTN-in ləğvi, iki yeni təşkilatın yaradılması qərarı, təyinatlar cəmiyyətdə çoxsaylı suallar doğurur və təbii ki, həmin suallar cavabsız qalmamalıdır.

MTN niyə ləğv olundu?

Milli Təhlükəsizlik Nazirliyində baş verən olayların üstünün açılması, sabiq nazir Eldar Mahmudovun bu strukturu şəxsi maraqlarının və ətrafındakı insanların mənafelərinin təminatına yönəlmiş struktura çevirməsi illərdən bəri davam edən, özü də mütəşəkkil şəkildə həyata keçirilən cinayətlər silsiləsinin nəticəsi idi.
MTN rəhbərliyi əməllərini ustalıqla pərdələyib həyata keçirdikləri əməliyyatları fəndgirlik və hiyləgərliklə tamamən başqa yöndə qələmə verməyi bacardıqları üçün onların ifşası bir qədər gecikdi. Amma heç bir cinayət cəzasız qalmadığı kimi, Eldar Mahmudovun dəstəsinin əməlləri də diqqətdən yayınmadı.

MTN rəhbərliyi Femidanın gözübağlı heykəlini görübən, deyəsən, ölkədəki ədalətin də baş verənləri sezmədiyini düşünürdülər.
Onlar MTN-i olduqca təhlükəli, dövlət üçün təhdid mənbəyinə dönmüş quruma çevirirdilər.
Eldar Mahmudov və onun dəstəsinin cinayətləri sırf iqtisadi-maliyyə müstəvisində deyil. Təbii, MTN-in sabiq rəhbərliyi dönəmində sahibkarların telefon danışıqları dinlənilir, onlar şantaj olunur, tutulur, işgəncələrə məruz qalır, reket və quldur davranışla qarşılaşır, çox böyük məbləğdə pullar ödəməklə həbsxanaya düşməmək şansı qazanırdılar.

Bununla yanaşı, Eldar Mahmudov və onun ətrafındakı dəstə genişmiqyslı maliyyə fırıldaqlarına da baş vurmuşdular. Onların "maliyyə əməlləri" banklardan az qala astronomik məbləğdə kreditlərin götürülərək saxta, yalnız kağız üzərində olan şirkətlərin adlarına rəsmiləşdirilməsi və sonra da o pulların xaricdəki banklara, şirkətlərə, maliyyə qurumlarına və kommersiya strukturlarına köçürülməsi ilə bitmirdi.

Eldar Mahmudov özünü oliqarx sanırdı və bu hissi onda malik olduğu onlarla şirkətin mövcudluğu yaradırdı. Badamdar qəsəbəsində dəbdəbəli villadan tutmuş, özəl reaktiv təyyarəyə, Londonun mərkəzi küçələrindən birində 30 milyon dollarlıq mənzildən tutmuş, bir neçə ölkədə otellər, villalar, malikanələr, apartamentlər, hətta taunhauslar Mahmudovun mini-imperiyasının dəbdəbə hissəcikləri idi.
MTN-in artıq sabiq naziri tikinti şirkətlərinə, holdinqlərə, banklara malikdi və o, əmzikdən tutmuş lüks avtomobillərədək ən müxtəlif nəsnələr satan dükanlara, ticarət mərkəzlərinə sahibdi.

Bir sözlə, tək Eldar Mahmudovun aylıq gəliri MTN-də çalışanların toplam aylıq maaşlarının məbləği ilə müqayisə oluna bilərdi.
Amma iş sadəcə, kommersiya, maliyyə və iqtisadi məqamlarla bitmirdi.
Eldar Mahmudovun başçılıq etdiyi qrupun çox güclü siyasi ambisiyaları vardı.
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov əbəs yerə təxminən 5 ay əvvəl "dar çevrədə" söhbətlərindən birində E.Mahmudov barədə "Azərbaycanın gələcək baş naziri" ifadəsi işlətməmişdi.
Və Eldar Mahmudovun Badamdardakı villasının inşasında İran İslam Respublikasından olan iş adamının "maliyyə dəstəyi" barədə iddialar uzun müddət səngiməmişdi.

Eldar Mahmudovun cinayətlərində sırf siyasi komponentlər vardı və bu adam hakimiyyət hərisi olduğundan Azərbaycanın maraqlarını, sirlərini, təhlüksizliyinin təminatına yönəlmiş məsələlərlə bağlı konfidensial məlumatları özünə "həlledici gündə hami" duracağını düşündüyü şəxslərə, qüvvələrə ötürmədiyini birmənalı söyləyə bilmərəm.
Çətindir, çünki Eldar Mahmudov kimi şəxslər ambisiyalarının gerçəkləşməsi, qarşılarına qoyduqları məqsədə çatmaq üçün optimal və effektiv saydıqları bütün vasitələrdən, metodlardan və üsullardan istifadə edirlər.
Çəkinmədən, onlara etimad göstərmiş dövləti və milləti düşünmədən, təhlükəsizlik və dövlət sirri anlamlarını eyinlərinə almadan, qanunları heç hesab edərək.

Nardaranda illər boyu Azərbaycan hakimiyyətinin faktiki olaraq yoxluğu, ölkədə radikal dini qruplaşmalarının sayının artması və təhlükəli həddə çatması, İŞİD-ə yüzlərlə azərbaycanlı gəncin qatılması, hətta sələfilərdən hakimiyyət strukturlarına təzyiq vasitəsi kimi istifadə edilməsi - bunlar MTN-in sabiq şefi Eldar Mahmudovun siyasi məqsədləri üçün din amilindən yararlanmaq cəhdlərinin bəziləri idi.
Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra əvvəl Nardaran, sonra Gəncə və Lənkəranda radikal dindarların təxribatlara əl atmaq cəhdləri sırf təsadüflər sayıla bilərmi?!

Bütün bu məsələlər MTN-də qanunsuzluq, korrupsiya, dövlət təhlükəsizliyi üçün təhlükəyə çevrilmiş elementlərin varlığını göstərirdi.
İndi həmin elementlər zərərsizləşdirilib, amma nazirlik əvvəlki vəziyyətində, statusunda və formatında da qala bilməzdi. 
İki yol vardı: ya Azərbaycanın milli və dövlət təhlükəsizliyinin təminatında problemlər yarada biləcək "təmizləmə" prosesinə başlamalı, bununla da təhlükəsizliyin bir sıra komponentlərinin sabitliyini zəfilətməli, ya da artıq anaxronizmə çevrilmiş strukturu ləğv edib onun yerində ölkənin üzləşdiyi çağırışlara adekvat cavab verə biləcək qurum və ya qurumlar yaratmalı.
İkinci yol optimal, məntiqi olduğundan məhz o seçildi.
Çünki MTN-in əvvəlki konfiqurasiyadakı varlığını saxlamaq, onu reabilitasiya etmək mümkün deyildi.

Niyə iki qurum?

MTN-in əvəzinəə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması obyektiv zərurətdir. Postsovet məkanının əksər ölkələrindən fərqli olaraq, inkişaf etmiş dövlətlərdə dövlət və milli təhlükəsizliyin təminatı istiqamətində yarana biləcək problemləri aradan qaldıran, preventiv tədbirlər kompleksi ilə məşğul olan struktur xarici kəşfiyyat məsələlərinin həllinə yönəlmiş təşkilatdan ayrı, əlahiddə şəkildə fəaliyyət göstərir və onların işləri yalnız bəlli məqamlarda birləşir.

Həmin məqamlar isə dövlət təhlkəsizliyinə yönəlmiş ümumi tədbirlərin görülməsi zərurəti yaranması ilə bağlı olur.
Avropa Birliyi və ya ABŞ-ı hələlik bir kənara qoyaq, uzaq Latın Amerikasına nəzər salaq. 
Qvatemalada xarici kəşfiyyatla "Direccion de Inteligencia del Estado Mayor de la Defensa Nacional" və ya D-2, dövlət təhlükəsizliyinin təminatı ilə "Departamento de Inteligencia Civil y Analisis de Informacion" məşğul olur.
Kolumbiyada dövlət təhlükəsizliyinə "Departamento Administrativo de Seguridad" (DAS), xarici kəşfiyyata "Direccion Nacional de Inteligencia" (DNI) cavabdehdir.

Hindistanda təhlükəsizlik və kəşfiyyat məsələləri ilə 19 qurum məşğul olur ki, onlar "Joint Intelligence Committee" (JIC) və "Intelligence Bureau" (İB) arasında bölüşdürülüblər.
ABŞ-dakı kəşfiyyat və təhlükəsizlik strukturlarını sadalamağa dəyməz: yalnız onu yazım ki, xarici kəşfiyyatla 13, dövlət təhlükəsizliyi məsələləri ilə 17 struktur məşğul olur və onların fəaliyyəti dəqiq şəkildə ayrılıb, müəyyənləşdirilib.

İsraildə dövlət təhlükəsizliyinin təminatı "Şin-Bet" və ya "Şabak" kimi tanınan "Şerut ha-Bitaxon ha-Klali"yə, xarici kəşfiyyat dünyanın "Mossad" kimi tanıdığı "Ha Mosad le Modiin ul Tafkidim Meyuxadim"ə ("Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsi") tapşırılıb. 

Postsovet məkanına gəldikdə isə, hətta kiçik Latviyada dövlət təhlükəsizliyinin təminatı Konstitusiyanın Müdafiəsi Bürosuna (SAB), xarici kəşfiyyat problemlərinin həlli isə Kəşfiyyat və Əks-Kəşfiyyat Xidmətinə həvalə olunub.
Və Rusiya... Bu ölkədə dövlət təhlükəsizliyi ilə Federal Təhlükəsizlik Xidməti (FSB), xarici kəşfiyyatla Xarici Kəşfiyyat Xidməti (SVR) məşğul olur.
Göründüyü kimi, müasir dünyanın dövlətlər qarşısında qoyduğu tələblərdən biri daxili, yəni dövlət təhlükəsizliyi spektrindəki məsələlərin xarici kəşfiyyat problematikasından ayrılması, iki müstəvinin yaradılması və mütəxəssislərin təmərküzləşmiş halda fəaliyyətinin əvəzinə iki struktur vasitəsilə daha genişmiqyaslı, ən başlıcası isə effektiv işə nail olmaqdır. 

Azərbaycanda da az öncə bəhs etdiyimiz qurumların yaradılması ölkənin üzləşdiyi çağırışlara cavabı, vaxtında verilmiş qərardır.
Həddən artıq gərgin və mürəkkəb coğrafiyada yerləşən, geosiyasi problemlərin səngimək bilmədiyi məkanda olan Azərbaycanın dövlət təhlükəsizliyi ilə bağlı məsələlərin xarici kəşfiyyat sahəsində həllini təxirəsalmaz şəkildə tələb edən məqamların çözülməsi ilə bir arealda, eyni strukturda olması məərkəzləşmə yox, çətinlik yaradırdı və əgər problem həll edilməsəydi, MTN tamən ekstensiv yönlü təşkilata çevrilə bilərdi.
Üstəlik, Azərbaycanın xarici kəşfiyyatının gücləndirilməsinə də zərurət duyulurdu, çünki Eldar Mahmudov son illər səriştəsizlik və qeyri-peşəkarlığın yeni maksimallarını bəlirləməklə məşğul olduğundan ölkəmizin üzləşdiyi təhdidlər artıq sərhədlərimizə yaxınlaşmış, bəziləri isə müxtəlif adlarla və formalarla zahiri görkəmini dəyişərək ölkəyə sızmışdılar.

Halbuki xarici kəşfiyyatının fəaliyyətinin məhvərini "təhlükə sərhədlərdən uzaqda ikən zərərsizləşdirilməlidir" prinsipi təşkil edir.
Yeni strukturların fəaliyyəti qarşıya qoyulmuş vəzifələrin inikası və ya niyyətlərin dilogiyası yox, effektiv tandem şəklində Azərbaycanın maraqlarının qorunması, təhlükəsizliyinin tam təminatı olacaq.
Dünya dəyişir, təhlükələr daha fərqli məzmun və statuslar alır, situasiya daha fərqli konturlara düşür. 
Belə şəraitdə Azərbaycan istənilən təhlükəni ilk mərhələdə dəf etməyə hazır olmalıdır.
Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin qarşılarına qoyulan tapşırıq da elə budur.

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Zərbə endirə bilərik" - Ərdoğan

30 Aprel 2017 15:33

Yayla Kiriç Ali: “Bakı Marafonu 2017”nin qalibi olacağıma inanırdım"

30 Aprel 2017 15:32

Rusiyalı gimnastlar: "Öz üzərimizdə işləməli, səhvləri düzəltməliyik"

30 Aprel 2017 15:29

Millimizin Bakı-2017-də HEYƏTİ

30 Aprel 2017 15:29

Antalyaya qiyabi səyahət

30 Aprel 2017 15:28

Qəza xeyli sayda can aldı

30 Aprel 2017 15:27

Nazirlik: Həmin ətlər ölmüş at və aqoniya vəziyyətində kəsilmiş mal ətləridir

30 Aprel 2017 15:24

Xoşqədəm "Sən supersən!"in səhnəsində Alla Puqaçovanın mahnısını ifa etdi

30 Aprel 2017 15:22

"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq

30 Aprel 2017 15:22

Corab sataraq milyonçu olan məktəbli

30 Aprel 2017 15:19

Salyanda Qarabağ veteranının evi yanıb

30 Aprel 2017 15:17

Kürdəmirdə pambıq tarlasında bədbəxt hadisə

30 Aprel 2017 15:15

Braziliyalı futbolçu Bundesliqanın tarixinə düşdü

30 Aprel 2017 15:12

Daşkəsəndə aşkarlanan ət insan sağlamlığı üçün təhlükəlidir - Nazirlik məlumat yaydı

30 Aprel 2017 15:12

Bu ağacın 4841 yaşı var - FOTOLAR

30 Aprel 2017 15:08

Taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO

30 Aprel 2017 15:05

"Beynəlxalq Caz Günü" qeyd olunur

30 Aprel 2017 15:02

Qardaşlarını, onların həyat yoldaşlarını öldürdü

30 Aprel 2017 14:59

Karton parçasından görün nələr yaratdı - FOTOLAR

30 Aprel 2017 14:58

Kolumbiyada bina çökdü: 20 ÖLÜ

30 Aprel 2017 14:52

104 cüt ayaqqabı oğurladılar - AĞDAŞDA

30 Aprel 2017 14:49

Neymar bombası "partlayır" - 200 milyonluq transfer

30 Aprel 2017 14:47

“Bakı Marafonu 2017” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

30 Aprel 2017 14:47

Piyada zolağı ilə bağlı

30 Aprel 2017 14:42

Trampın ofisindəki qırmızı düymənin sirri: Nivə silahı, yoxsa kola reklamı? - FOTOLAR

30 Aprel 2017 14:38

Türkiyədə spirtli içkilər QADAĞAN olundu

30 Aprel 2017 14:37

Daşkəsəndə aşkar olunan ətlər insan sağlamlığına zərər yetirən bakteriyalarla çirklənib

30 Aprel 2017 14:37

Azarkeş: Azərbaycan yığmasının Dünya Kubokunda mükafat qazanacağına əminəm

30 Aprel 2017 14:36

Tanınmış aktyor vəfat edib

30 Aprel 2017 14:36

Abdolbari Goozal Azərbaycan vətəndaşıdır? - AÇIQLAMA

30 Aprel 2017 14:27

Londonda terror təhlükəsi - XƏBƏRDARLIQ

30 Aprel 2017 14:22

Tamaşaçı: Azərbaycan gimnastikasını parlaq gələcək gözləyir

30 Aprel 2017 14:22

Prezidentin qızları, generallar, məşhurlar Bakı Marafonunda

30 Aprel 2017 14:22

Məşhur avtomobil fabriki - "Gorky" - FOTOLAR

30 Aprel 2017 14:13

"Qəbələ"nin sabiq futbolçusu rəqib oyunçunu xilas etdiyinə görə mükafatlandırılıb

30 Aprel 2017 14:07

Kolumbiyada yaşayış binası çökdü

30 Aprel 2017 14:05

İndiyə kimi səhv istifadə etdiyimiz əşyalar - VİDEO

30 Aprel 2017 14:03

Yusuf Güneydən azərbaycanlı pərəstişkarlarına SÜRPRİZ

30 Aprel 2017 13:57

Azərbaycanlı müğənnilərin ƏSL PEŞƏLƏRİ - SİYAHI

30 Aprel 2017 13:54

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

30 Aprel 2017 13:53

Londonda daha iki terror aktı törədilə bilər

30 Aprel 2017 13:50

ABŞ gimnastı: "Hər çıxış mənim üçün zövq və bayramdır" (FOTO)

30 Aprel 2017 13:50

İranlı marafon iştirakçısı: Mənim üçüncü yerim qələbəyə bərabərdir

30 Aprel 2017 13:50

"Tənbəl kotletlər"in hazırlanma qaydası

30 Aprel 2017 13:50

Bloqqer Mehman intihar etdi

30 Aprel 2017 13:46

Afaq Aslan bu dəfə tamam soyundu və çarpayıda... - VİDEO

30 Aprel 2017 13:43

Azərbaycanda pambıq tarlasında faciə: qadın öldü

30 Aprel 2017 13:39

Valideynini itirən İntiqam və Ehtiram kövrəldi: "Atam yatdı ayılmadı"

30 Aprel 2017 13:37

Fotoda neçə insan üzü var

30 Aprel 2017 13:37

Azərbaycan futbolunda mövsümün əvəzedilməzi

30 Aprel 2017 13:29