Bakı. 15 dekabr. REPORT.AZ/ Moskvanın mərkəzindəki kafelərdən birində baş verən atışma nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu yerli səhiyyə orqanı bildirib.
Məlumata görə, hadisə ilə bağlı "iki və daha artıq şəxsin qətli" maddəsi üzrə cinayət işi açılıb.