Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək

Date: 15 December 2015 09:42

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək. "Report"un məlumatına görə, günün yeganə oyununda "Rəvan" və "İnter" komandaları qarşılaşacaq.
"Bayıl Arena"da keçiriləcək matçı Rauf Cabbarov idarə edəcək. Komandalar bugünədək 9 dəfə üz-üzə gəlib. Görüşlərin hamısında "bankirlər" qələbəyə sevinib. Son turda "Sumqayıt"a məğlub olan Zaur Svanadzenin rəhbərlik etdiyi komanda səfər görüşündən 3 xalla ayrılacağı təqdirdə, ən azı bir günlük ilk "3-lüy"ə qayıdacaq. Son turlarda xal ehtiyatını artıran "Rəvan" isə qələbə qazanarsa, sonuncu pillədən qurtula bilər. 
20:30. "Rəvan" (Bakı) – "İnter" (Bakı)
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, İsgəndər Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. "Bayıl Arena"
Qeyd edək ki, turun digər oyunları 16 və 17 dekabrda keçiriləcək.

Tags:  Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək


RƏYLƏR


Top news