Azərbaycanda saxta və qəsdən müflisləşməyə görə cərimələrin məbləği 100 dəfəyədək artırılır

Azərbaycanda saxta və qəsdən müflisləşməyə görə cərimələrin məbləği 100 dəfəyədək artırılır
09:57 15 Dekabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda saxta və qəsdən müflisləşməyə görə cərimələr artırılır. 
"Report" xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Layihəyə əsasən, saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə vəzifəli şəxslər 1 000 manatdan 2 000 manatadək (hazırda 55 manatdan 70 manatadəkdir), hüquqi şəxslər isə 10 000 manatdan 12 000 manatadək (hazırda 110 manatdan 200 manatadəkdir) miqdarda cərimə ediləcək.
Bundan başqa, qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək (hazırda 65 manatdan 90 manatadəkdir), hüquqi şəxslər isə 12 000 manatdan 15 000 manatadək (hazırda 160 manatdan 240 manatadəkdir miqdarda cərimə ediləcək.
Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. İXM layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycanda-saxta-ve-qesden-muflislesmeye-gore-cerimeler-artirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR