Cedaylar qayıtdılar - VİDEO - FOTO

Cedaylar qayıtdılar - VİDEO - FOTO
10:05 15 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Dünya kinematoqrafının ən məşhur kinosaqalarından olan "Ulduz savaşları"nın 7-ci franşizası sayılan "Star Wars: The Force Awakens" filminin ABŞ-ın Los-Anceles şəhərində premyerası olub.

Milli.Az TMZ-yə istinadən bildirir ki, premyera eyni vaxtda 3 kinoteatrda olub. Onlardan biri "Ulduz savaşları"nın ilk filminin 1977-ci ildə göstərildiyi "TCL Chinese Theatre", digəri "Oskar" mükafatı mərasimlərinin keçirildiyi "Dolby", üçüncüsü isə "El Capitan" idi. Premyerada tamaşaçılar filmin çəkilişinin iştirakçıları, kinotənqidçilər və premyeraya bileti xeyriyyə lotereyasında udmuş insanlardı.

Analitiklər hesab edirlər ki, 7-ci filmlə bağlı ajiotaj gəlirlərə bilavasitə təsir edəcək.

Hollywood Reporter bildirir ki, bu həftəsonunda film yalnız ABŞ-da 240 milyon toplaya bilər ki, bu da kinodebütlər üçün rekord olacaq.

Eyni zamanda "Star Wars: The Force Awakens" filmi dünya prokatından əldə olunacaq pulların məbləğinə görə "Avatar" filminin 2009-cu ildəki 2,8 milyard dollarlıq rekordunu da üstələyə bilər.

Hazırda dünya kinematoqrafı tarixində ən çox gəlir vermiş film "Avatar"dır. "Titanic" filmi 1997-ci ildə 2,2 milyard, "Yura dövrünün parkı"nın son bölümü isə bu il 1,7 milyard dollar toplamışdı.

"Star Wars: The Force Awakens"in rejissoru Cey Cey Abramsdır.

Filmdə baş rollarda Harrison Ford, Kerri Fişer və Mark Hemill oynayıblar. Onlarla bahəm, digər baş rollar Oskar Ayzekə və Adam Drayverə həvalə olunub.

Milli.Az





































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR