Gəncədə qız qaçıran gənc binanın damına çıxdı

Gəncədə qız qaçıran gənc binanın damına çıxdı
10:11 15 Dekabr 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə həyəcanlı anlar yaşanır. 24 yaşlı gənc özünü binadan atmaq istəyir.

ANS PRESS-in məlumatına görə, Gəncə şəhəri F. Əliyev küçəsində yaşayan 1991-ci il təvəllüdlü Etibar Əsgər oğlu Mustafayev Gəncə şəhərindəki ASAN Xidmətin yanında yanında yerləşən "Rabitə Bank"ın binasının damına çıxıb. O, özünü öldürəcəyi ilə hədələyir. Hadisəyə səbəb Etibar Mustafayevin sevdiyi qızın ona verilməməsi olub.

E.Mustafayev 4 gün əvvəl 1997-ci il təvəllüdlü M.A-nı qaçırıb. Lakin dünən axşam saatlarında qızın qohumları onun evinə gələrək onu aparıblar.

"Düzdür qaçırdığım qızın 18 yaşı hələ tamam olmayıb. Lakin polis bölməsinə qız qaçırdığıma görə aparıldığımda o da məni sevdiyini bildirib. Ancaq buna baxmayaraq ötən gün onun qohumları məni döyərək qızlarını zorla apardılar".

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Etibar Mustafayev isə sevdiyi qız əraziyə gəlməsə binanın damından düşməyəcəyi, özünü atacağını bildirir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR