Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şəki sahibkarlarının investisiya layihələrinin qəbuluna start verilir

Şəki sahibkarlarının investisiya layihələrinin qəbuluna start verilir

SKMF Qax rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb (15 Mart 2017 09:07)
Şəki-Zaqatalada fəaliyyət göstərən sahibkarlara 224 min manat güzəştli kredit verilib (10 Mart 2017 20:42)
Yevlaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb (09 Mart 2017 09:47)

Tarix: 15 Dekabr 2015 10:13

Bakı. Trend:

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il dekabrın 10-da Şəki rayonunun Qoxmuq kəndində işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin) yaradılması;
- pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Şəki sahibkarlarının investisiya layihələrinin qəbuluna start verilir



RƏYLƏR


Top xəbərlər