Aşan nəhəngi yığışdıran yoxdur - FOTO

Aşan nəhəngi yığışdıran yoxdur - FOTO
10:32 15 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində iritutumlu yük avtomobili aşıb.

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsindən Milli.Az-a bildiriblər ki, hadisə gecə saat 3 radələrində baş verib. Qəza zamanı yük avtomobilinin sürücüsü idarəetməni itirib və bu zaman avtomobil aşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Hazırda hələ də hadisə yerində böyrü üstə qalmış vəziyyətdə olan yük avtomobili yolda nəqliyyatın hərəkətinə mane olmur.

Faktla bağlı araşdırma aparılır.

Pünhan
Milli.Az


 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR