Şəkidə investisiya layihələrinin qəbulu başlayır

Şəkidə investisiya layihələrinin qəbulu başlayır
10:33 15 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şəki rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin), pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sekide_investisiya_layihelerinin_qebulu_baslayir-911263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR