Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı məşhur oğlunu da öz yoluna çəkdi - FOTO

Azərbaycanlı məşhur oğlunu da öz yoluna çəkdi - FOTO

Date: 15 December 2015 10:37

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva indi də oğlunu podiuma çıxaracaq.

Milli.Az xəbər verir ki, bu barədə o, şəxsi İnstaqram hesabında yazıb:

"Canım oğlum sabah çox mühüm bir defilenin finalında mənimlə birlikdə podiuma çıxacaq. Bu defilenin mühüm olması ona görədir ki, əldə olunan gəlir Türkiyə Daun Sindromu Dərnəyinə bağışlanacaq. Mən o uşaqları sevirəm. Aprelin 28-də Cihangircanla bayramımızı da onlarla keçirmişdik. Oğlumun podiuma çıxacağı və toplanacaq pulun düzgün yerə xərclənəcəyinə əmin olduğum üçün bu dəfə təmənnasız iştirakı ürəkdən qəbul etdim. Sabah bütün dostlarımızı "Mehmet Köymen 2016 winter haute couture" moda nümayişində gözləyirik".

Qeyd edək ki, modelin bu hərəkəti izləyiciləri tərəfindən müsbət qiymətləndirilib.

Milli.Az



Tags:  Azərbaycanlı məşhur oğlunu öz yoluna çəkdi FOTO

RƏYLƏR


Top news