Rusiyada informasiya təhlükəsizliyinin yeni konsepsiyası hazırlanır

Rusiyada informasiya təhlükəsizliyinin yeni konsepsiyası hazırlanır
10:41 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rusiya Təhlükəsizlik Şurası 2016-cı ildə terror təşkilatları tərəfindən haker hücumlarının artması səbəbindən ölkənin informasiya təhlükəsizliyi doktrinasının yeni redaksiyasını hazırlayacaq.
 
«ICTnews» elektron xəbər xidməti «gazeta.ru» resursuna istinadən xəbər verir ki, "informasiya sahəsində milli təhlükəsizliyə təhdidlərin yeni xarakterini nəzərə alaraq 2016-cı ildə İdarələrarası komissiya Rusiya Federasiyasının informasiya təhlükəsizliyi Doktrinasının yeni redaksiyasının hazırlanmasını davam etdirəcək" - Rusiya Təhlükəsizlik Şurasının xəbərində deyilir.
 
"Dünyanın bütün regionlarında beynəlxalq terror təşkilatları tərəfindən  dövlət orqanları və biznes strukturlarına haker hücumlarının sayı xeyli artıb" - Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40357-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR