Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Belarusun "Dinamo" klubu binasını, kərpic hasarını və istilik şəbəkəsini satışa çıxarıb

Belarusun "Dinamo" klubu binasını, kərpic hasarını və istilik şəbəkəsini satışa çıxarıb

Məşhur klub "Qəbələ"ni baş məşqçisiz qoymaq istəyir (16 Mart 2017 17:07)
"Dinamo"nun baş məşqçisi istefa verdi (13 Fevral 2017 14:22)
Tbilisinin "Dinamo" klubunun baş məşqçisi istefa verib (13 Fevral 2017 11:12)

Tarix: 15 Dekabr 2015 10:42

Bakı. 15 dekabr. REPORT.AZ/ Belarusun Brest şəhərini təmsil edən "Dinamo" futbol klubu əmlakını satışa çıxarıb. "Report"un məlumatına görə, buna klubun üzləşdiyi maliyyə sıxıntıları səbəb olub.
13 milyard 395 milyon 243 min 39 rubla (təqribən 763 min 529 manat) iki kərpiç hasar, su təchizatı şəbəkəsi, metal qapılar, kanalizasiya şəbəkəsi, asfalt-beton örtüyü və digər obyektlər bir lotla satılır. Bu addımın kluba borclarını ödəməkdə yardımçı olacağı güman edilir.
Qeyd edək ki, Brest "Dinamo"su 1960-cı ildə təsis olunub və Belarus müstəqillik əldə etdikdən sonra bütün ölkə çempionatlarında iştirak edib. "Göy-ağlar" 1992-ci ildə bürünc medala, 2007-ci ildə Belarus Kubokuna sahib olub. Klubun büdcəsi 1,2 milyon dollar, stadionu 10 min tamaşaçı tutumuna malikdir. "Dinamo" bu mövsüm çempionatı 14 komanda arasında 12-ci pillədə başa vurub. Brest təmsilçisi 26 oyuna 24 xal toplayıb. 

Teqlər:  Belarusun Dinamo klubu binasını kərpic hasarını istilik şəbəkəsini satışa çıxarıb



RƏYLƏR


Top xəbərlər