Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sensasiya: İsanın görkəmi belə idi - FOTO

Sensasiya: İsanın görkəmi belə idi - FOTO

Date: 15 December 2015 10:52

İngiltərədəki Mançester Universitetinin alimləri İsraildəki tanınmış arxeoloqlarla birlikdə araşdırma apararaq İsa Məsihin simasını və xarici görkəmini məhkəmə-tibb antropologiyası vasitəsilə yaratmağa çalışıblar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Kriminalistika və arxeologiya məlumatlarından istifadə etməklə simaların bərpası" kitabının müəlliflərindən biri, bir sıra tarixi şəxsiyyətlərin görkəmini bərpa etmiş Riçard Niv işində İncilə əsaslanıb. Belə ki, İncildə deyilir: "Hefsiman bağında İsanı şagirdlərindən ayırmaq çətindi".

Çox yəqin ki, İsa Məsihin görünüşü o dövrdəki semit-qalileylilər üçün səciyyəvi idi.

Mütəxəssislər Qüdsdə tapılmış 3 kəlləni kompüter tomoqrafiyası vasitəsilə araşdırıblar və kəllə əzələləri ilə dərini "yaradıb"lar. Bundan başqa, onlar burun, dodaqlar və gözləri də müəyyənləşdiriblər.

Alimlərin dediklərinə görə, İsa Məsih qonur gözlü, saqqallı olub.

İsa açıq havada çox vaxt keçirdiyi üçün onun qarayanız olduğu da güman edilir.

Milli.Az












Tags:  Sensasiya İsanın görkəmi belə idi FOTO


RƏYLƏR


Top news