Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xalq və əməkdar artistlər bir arada

Xalq və əməkdar artistlər bir arada

Date: 15 December 2015 10:54

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Pyotr Qladilinin pyesi əsasında hazırlanan "Afina gecələri" tamaşasının premyerası olacaq.

Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşa 2016-cı il yanvarın 17-də nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, musiqi tərtibatı, əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir. Geyim üzrə rəssam Olqa Abbasovadır.

 

Qeyd edək ki, tamaşada əsas rolları xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Nataliya Şarovski, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov ifa edəcək.


Tags:  Xalq əməkdar artistlər arada

RƏYLƏR


Top news