Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaran qəsəbəsində küçələr yenidən qurulur

Nardaran qəsəbəsində küçələr yenidən qurulur

Date: 15 December 2015 10:56

Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial – mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə imzaladığı sərəncama əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən mərkəzi küçələrdə təmir-tikinti işlərinə başlanılıb.

Axşam.az-ın məlumatına görə, ilkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidənqurulması işləri aparılır.
        
Yenidənqurulan küçənin uzunluğu 2220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işlər aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir, kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
       
Layihəyə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4500 paqon-metr səki daşı düzüləcək. 40 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
        
Anoloji işlər qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1,0 metr enində səkilər tikiləcək, 1500 paqon-metr səki daşı düzüləcək. 11 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.

Tags:  Nardaran qəsəbəsində küçələr yenidən qurulur

RƏYLƏR


Top news