Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Kəpəz"də daha bir itki

"Kəpəz"də daha bir itki

Date: 15 December 2015 11:07

Topaz Premyer Liqasının XIIV turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Kəpəz” məşqlərini davam etdirir. Fanat.az xəbər verir ki cənub səfəri öncəsi komandanın heyətində zədəli futbolçu var. 


Ceyhun Cavadov hazırlıq prosesində iştirak edə bilmir. Gənc yarımmüdafiəçidən fərqli, Şəhriyar Əliyev və Budaq Nəsirovun durumu yaxşıdı. Fərdi çalışan hər iki futbolçu artıq komanda ilə birgə məşqlərə qoşulub. Onların “Xəzər Lənkəran”a qarşı matçda oynayıb-oynamayacağı oyun günü məlum olacaq. 


Qeyd edək ki, bir müddət zədəli olan Şəhriyar Əliyev ötən tur “Rəvan”la oyunda “sarı-göylər”ə kömək edə bilməyib.


Fanat.az


Tags:  Kəpəzdə itki

RƏYLƏR


Top news