"Bu vəziyyətdə belə, futbolumuz Azərbaycandan güclüdü"

"Bu vəziyyətdə belə, futbolumuz Azərbaycandan güclüdü"
11:07 15 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan klublarının əksərində olan infrastruktur Ukrayna komandalarının çoxunda yoxdu. Məsələn, "Qəbələ" kifayət qədər ciddi, iddialı klubdu. Onlar əbəs yerə ukraynalı mütəxəssis Roman Qriqorçuku baş məşqçi postuna təyin etməyiblər. Yaxşı şəraitləri var. Dörd təbii ot örtüklü, üstəlik sintetik örtüklü meydanlarını şəxsən görmüşəm. Üstəlik, böyük olmayan, amma kifayət qədər yaxşı stadionları var". Fanat.az xəbər verir ki, bu sözləro Ukraynanın "Zarya" klubunun baş məşqçisi Yuri Vernidub deyib.


“Qəbələ” və “Qarabağ”ın Avropa Liqasındakı çıxışını dəyərləndirən Yuri Vernidub komandalarımızın layiqli çıxış etdiklərini bildirib: “Azərbaycanın iki komandası Avropa Liqasının qrup mərhələsində mübarizə apardı. “Qarabağ” növbəti mərhələ şansını son tura qədər saxladı. “Qəbələ” isə qrupa düşmək üçün 4 mərhələ keçdi. Bəli, onlar “Borussiya” (Dortmund), “Krasnodar” və PAOK kimi komandaların yer aldığı güclü qrupa düşmüşdülər. Ağır oyunlar olsa da, layiqli mübarizə apardılar. Amma həm “Qəbələ”, həm də Azərbaycan futbolu üçün əvəzolunmaz təcrübə topladılar”.


Buna baxmayaraq Vernidub Ukrayna futbolunu Azərbaycan futbolundan üstün sayır: “Ukrayna futbolunda hazırda geriləmə müşahidə olunur. Amma bu vəziyyətdə belə, futbolumuz Azərbaycan futbolundan güclüdü”.


Təcrübəli mütəxəssis son olaraq oğlu Vitalinin “Qəbələ”dəki çıxışını dəyərləndirib. Yuri Vernidubun fikrincə, oğlunun müntəzəm oynamamağının səbəbi hələ də Azərbaycana uyğunlaşmamağıdı: "Oğlum uyğunlaşmağa çalışır. Bəzən oynayır, bəzən yox. Başqa ölkədən gələn futbolçuya uyğunlaşma üçün vaxt lazım olur. Fikrimcə, hər şey daha yaxşı olacaq. Onun atdığı addımları müzakirə etmirəm. Öz taleyi ilə bağlı qərarlarını özü verir. Oğlumla fəxr edirəm. O, əsl peşəkardı".


Fanat.az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-vziyytd-bel-futbolumuz-azrbaycandan-gucluduquot-t46150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR