Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Xəzər-Lənkəran” Avropa Klublar Assosiasiyasının iclasında təmsil olunur

“Xəzər-Lənkəran” Avropa Klublar Assosiasiyasının iclasında təmsil olunur

Date: 15 December 2015 11:08


Bakı, 15 dekabr, AZƏRTAC
İspaniyanın Sevilya şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) Hüquq Müşavirə Palatasının 2015-2017-ci il dövrü üçün ilk iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda futbol hüququnun gündəmdə olan əsas məsələləri və problemləri üzrə fikir mübadiləsi aparılır. Tədbirdə ECA-nın müxtəlif hüquqi məsələlərə dair fəaliyyəti ilə bağlı istiqamətlər müəyyənləşdirilir, həmçinin FİFA-nın Mübahisələrin Həlli Palatası, Oyunçuların Statusu Komitəsi və İdman Arbitraj Məhkəməsi tərəfindən son dövrdə çıxarılan ən vacib qərarlar nəzərdən keçirilir.
İclasda “Xəzər-Lənkəran” futbol klubunun xarici əlaqələr üzrə meneceri Ramil Cahangirov da iştirak edir.
 

Tags:  Xəzər-Lənkəran Avropa Klublar Assosiasiyasının iclasında təmsil olunur


RƏYLƏR


Top news