Axtarışda olan 388 nəfər sərhəddə saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib

Axtarışda olan 388 nəfər sərhəddə saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib
11:18 15 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin noyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitə­lərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 40 nəfər saxlanılmışdır. Onların 23 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla İran İslam Respublikası, Nigeriya, Tacikistan, Banqladeş, Pakistan, Liberiya, hər ölkədən bir nəfər olmaqla Qazaxıstan və İraq vətəndaşları olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 17 nəfər, Xəzər dənizində 29 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Res­pub­likasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 388 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbir­ləri nəticəsində 9 halda 2 kiloqram 445 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Noyabr ayının 12-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədov Emil Hidayət oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı AZ 90-GD-883 dövlət qeydiyyat nömrəli avtomaşının salonundan 2 kq 200 qram heroin aşkar edilərək götürülmüşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində 52 halda ümumi dəyəri təqribən 383 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd tapança, 2 ədəd tüfəng, 78 ədəd patron, 1 ədəd pnevmatik tapança, 6920 ədəd pirotexniki vasitə, 10507 qutu siqaret, 61400 ABŞ valyutası, 18540 Azərbaycan manatı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2469615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR