Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan tranzit yüklərin daşınması üzrə güzəştləri artıra bilər

Eks-prezident: “Bakı Limanı Avropa ilə Çin arasında əhəmiyyətli mərkəzdir” – ÖZƏL - FOTOLAR (17 Mart 2017 16:53)
Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50% azaldır (11 Mart 2017 13:53)
Azərbaycan dəmir yolu ilə daşımalardan gəlirlərini artırıb (07 Mart 2017 14:02)

Tarix: 15 Dekabr 2015 11:22

Nazir qeyd edib ki, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının ölkə ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilib.
Ş.Mustafayevin sözlərinə görə, sözügedən xidməti göstərən subyektlər tərəfindən tariflərə 30%-dək güzəştlər tətbiq edilə bilər: “Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2%-dək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır. Həyata keçirilmiş işlər və nəzərdə tutulan tədbirlər Azərbaycanın tranzit cəlbediciliyini və tranzit yükdaşımalarından gəlirlərini artırmaqla, bu sahədə şəffaflıq təmin ediləcək”.
Nazir bildirinb ki, son zamanlar Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi istiqamətində də bir sıra işlər görülüb. Onun dediklərinə əsasən, bu sahədə xüsusilə Azərbaycan və İran tərəfindən həyata keçirilən işlər intensivləşdirilib: “Belə ki, bu ilin oktyabrında Azərbaycanın və İranın nümayəndələrinin Astara şəhərində keçirilən görüşləri zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsinə, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçirilməsinə, bu sahədə prosedurların sadələşdirilməsinə və digər məsələlərə dair razılıqlar əldə olunub”.

Teqlər:  Azərbaycan tranzit yüklərin daşınması üzrə güzəştləri artıra bilər



RƏYLƏR


Top xəbərlər