Putinin "göz bəbəyi" Türkiyədə (FOTO)

Putinin "göz bəbəyi" Türkiyədə (FOTO)
11:26 15 Dekabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya istehsalı olan mobil telefon Türkiyədə sataışa çıxır. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Vladimir Putinin iki ekranlı telefonu iki ölkə arasındakı gərginliyə baxmayaraq türk bazarına daxil olacaq.

Putinin qərbin sanksiyaları ilə üzləşdikdən sonra daima əlində daşıdığı və təqdimatını etdiyi ağıllı telefon "YotaPhone 2" iki ölkə arasındakı gərginliyə baxmayaraq bazara çıxıb.

İki ekranı olan yeni mobil telefon Rusiyanın qüruru kimi təqdim edilir. Onun bir ekranı normal telefon funksiyalarının icrası, digəri isə e-kitab oxuyucusu kimi istifadə edilir.
Cihaz 3 gün enerjisini saxlaya bilir.




Android sistemli "YotaPhone 2"nin daha bir özəlliyi isə bir ekranının hər zaman açıq olmasıdır. Buna baxmayaraq telefon çox az enerji istifadə edir.

"YotaPhone 2"nin texniki özəllikləri belədir:
8 mp kamera
5 inç ekran
4.7 inç e-mürəkkəb ekran
Android 5.0
2.2 GHz
2 GB Ram
32 GB daxili yaddaş
3 gün batareya ömrü
145 qram çəki


Rusiya ilə Türkiyə arasında münasibətlər noyabrın 24-də Suriya ilə sərhəddə "Su-24" təyyarəsinin vurulmasından sonra gərginləşib. Türkiyə tərəfi təyyarənin hava sərhəddini pozduğu üçün vurulduğunu deyib.
Bu hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Putin bu addımı arxadan vurulan zərbə adlandırıb, sanksiyaların təqdbiqinə başlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR