Bu kənddə bir qadının 6 əri, 5 məşuqu ola bilər - VİDEO - FOTO

Bu kənddə bir qadının 6 əri, 5 məşuqu ola bilər - VİDEO - FOTO
11:27 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Onlar pula önəm vermir, "mənim" kəlməsini utancverici sayırlar. Bu insanlar dəyər verdikləri hər nəsnəni - torpağı, dağları, qadınları, camışları, südü, inəkləri ümumi sayırlar.

Dediklərinə görə, məhz belə davranış onları bəxtəvər edir.
Milli.Az bildirir ki, onlar Hindistanın mərkəzində, "Mavi dağlar" adlandırılan Nilgiri dağlarının ətəklərində, Avalanç gölünün sahilində yaşayan todalardır.
Toda tayfası camışçılıqla məşğul olur.

Dravidiya dillər qrupuna daxil olan toda dilində danışan toda tayfasının təxminən 1000 mənsubu var. Todaların həyatı camış bəsləmək və saxlamaqdan ibarətdir.
Onlar hinduslar üçün səciyyəvi olmayan xarici görkəmə malikdirlər. Ucaboyludurlar, nazik burunları var, simaları avropalı cizgilidir.
Ənənəvi geyimləri də yunan toqasına bənzəyən əbadır.
Todalar deyirlər: "Kainat yarananda əvvəlcə dağlar vardı və o dağlarda qüdrətli Tekerzşi tanrısı yaşayırdı. Mavi Dağların üzərindən uçanda o, sitayiş edəcək məxluqlar yaratmaq istədi. Tanrı əsasını Naraker gölünə vurdu və oradan 18 min camış çıxdı. Sonuncu camışın quyruğundan toda kişi və qadın yapışmışdılar. Biz, belə yarandıq".
Todalar camışları müqəddəs, pak heyvan sayırlar.
Onların dediklərinə görə, adi camışlarla yanaşı, müqəddəs dişi camışlar da var. Adi camışlar hər toda ailəsində saxlanır. Müqəddəs dişi camışlar isə ümumidir. Həmin "müqəddəs" camışlar məbədlərdə saxlanır, onlardan alınan süd və yağdan yalnız ayinlər üçün istifadə olunur.

Toda tayfasında hər kişi kahin ola bilər: kahinlər bir il müddətinə təyin olunur. Kahin arvadı ilə yaşamır, məbəddə gecələyir, saçını qırxmır, dırnaqlarını tutmur, çimmir, yuyunmur. Kimsənin kahinlə danışmağa ixtiyarı yoxdur. Məbəddəki müqəddəs camışları yalnız kahin sağır, ayinlər üçün süd və yağ hazırlayır.
Todalarda bütün qadınlar və kişilər analarla atalardır.
Toda qızın 13 yaşı tamam olanda o, başqa nəsildən olan kişi ilə gecəni keçirir, bakirəliyini itirir. "Ukttaram" adlı bu ayindən sonra həmin qız tam azad həyat sürür. Qız hamilə qalanda isə özünə ər seçir. Onun seçdiyi ər qızın dünyaya gətirəcəyi uşağın atası, onun əri olur. 
Həmin kişinin qardaşları da bu qızın ərinə çevrilirlər.
Təzə bəyin atası gəlinin ailəsinə camış hədiyyə etməlidir. Toda ailələrinin çoxu kasıb yaşadıqlarından qardaşlar əksər hallarda bir qadınla evlənirlər və bu qadın bütün qardaşların ümumi arvadı sayılır.

Toda tayfasında qadının 6 əri ola bilər. Bundan başqa, qadın 5 məşuqla da "ünsiyyət"də ola bilər və bu, normal sayılır. 
Eyni zamanda, qadın evində istədiyi vaxt "kişi qonaq" qəbul etmək hüququna malikdir.
Qadının "qonağı" olan kişi evə gələndə ərlər evi tərk etməlidirlər. Çünki qadının yanına gələn kişi qapının yanına əsasını qoyur. Əsa qoyuldumu, ərlər dərhal evdən çıxmalı və qonaq evdən çıxmayınca küçədə gözləməlidirlər. 
Qadın başqa kişiyə vurularsa, həmin kişinin yanına gedərək onunla yaşayır və istədiyi vaxtda da ərlərinin yanına qayıdır. Belə kişiyə todalar "ərlərin dostu" deyirlər.
Bəhs etdyimiz qaydaları pozan ərləri, qadının "qonağını" evə buraxmayan və arvad "qonaq"la əylənəndə onlara mane olmağa çalışan ərləri "Amanodr", yəni cəhənnəm gözləyir.

Orxan Hun
Milli.Az






























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR