Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftçilərin vəziyyəti stabildir

Date: 15 December 2015 11:29

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərin vəziyyəti stabildir.

 

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, hazırda xəstəxanada olan 20 neftçinin müalicəsi davam edir: “Bu gün neftçilərdən kiminsə ambulator müalicəyə göndərilməsi gözlənilmir. Neftçilərin vəziyyəti normaldır və psixoloq müayinəsindən keçirlər. Heç kimin səhhətində pisləşmə yoxdur”.

 

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.


Tags:  Neftçilərin vəziyyəti stabildir

RƏYLƏR


Top news